5 sentyabr 2011 14:24
Rauf Əliyev: Onları sevindirəcəyimizə söz veririk
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev sabah keçiriləcək AÇ-2012-nin seçmə mərhələsinin Qazaxıstanla oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında bunları dilə gətirib:
“Qoy azarkeşlər bizə inansınlar. Onları sevindirəcəyimizə söz veririk. Qazaxıstanla oyunda dolu tribunalar görmək istəyiririk. Ümid edirəm ki, bu dəfə azarkeşlər Belçika ilə oyundakından daha çox olacaq. Fikrimcə, Belçika ilə oyundan sonra fiziki cəhətdən tam bərpa olmuşuq. Bu baxımdan problemlə üzləşəcəyimizi düşünmürəm. Qazaxıstanı mütləq məğlub etməliyik”.