5 sentyabr 2011 14:30
Əfran İsmayılov: Bu matçı karyeramda ən vacib oyun adlandırardım
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov sabah keçiriləcək AÇ-2012-nin seçmə mərhələsinin Qazaxıstanla oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında bunları dilə gətirib:
“Bəli, mən Belçika ilə oyunda zəif oynadım. Amma biz çox güclü rəqibə qarşı müdafiədən oynamaq məcburiyyətində qalmışdıq. Qazaxıstana qarşı isə hücum futbolu oynamalı olacağıq. Belə olan halda təbii ki, mənim də daha yaxşı oyun sərgiləmək şansım olacaq. Mən bu matçı karyeramda ən vacib oyun adlandırardım”.