5 sentyabr 2011 15:31
PFL daha bir oyunun keçirilmə vaxtını dəyişdirdi
Peşəkar Futbol Liqası daha bir oyunun vaxtını dəyişdirib. Azerisport.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, 10 sentyabr 2011-ci il tarixində “Sumqayıt Şəhər” klubunun 3 üzvünün 17 yaşlılardan ibarət Azərbaycan milli yığma komandasının heyətində Almaniyada keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəyini və “Qarabağ” klubunun razılıq məktubunu nəzərə alan PFL prezidenti Ramin Musayev Premyer Liqada çıxış edən komandaların əvəzedici heyətlərinin 5-ci turunun “Sumqayıt Şəhər” – “Qarabağ” matçının 10 sentyabr 2011-ci il tarixindən 9 sentyabr 2011-ci il tarixinə keçirilməsi haqqında əmr imzalayıb.
