5 sentyabr 2011 15:56
Ramiz Məmmədov: Millidə baş məşqçinin işi görünmür
“Qəbələ”nin sabiq baş məşqçisi, sonuncu dəfə Qazaxıstanın “Atırau” klubunu çalışdırmış Ramiz Məmmədov azerisport.az saytına müsahibəsində yığmamızın sabahkı oyunu öncəsi fikirlərini açıqlayıb.
- Sabahkı Azərbaycan – Qazaxıstan oyunu öncəsi fikirlərinizi bilmək istərdik...
- Bərabər güclü komandalardı. Yeganə fərq burasındadı ki, bizim futbolçuları texnikalıdılar, onlar isə fikizi cəhətdən daha hazırlıqlıdılar. Son dövrlər Qazaxıstan yığmasının səviyyəsi qalxmağa başlayıb. Onlar az qala hər oyunda inkişaf etdiklərini göstərirlər. Eyni zamanda bizim yığmanın da yerində oturmaması sevindirir. Bizim komandada artıq xarakter var ki, çətin vəziyyətlərdə faydası olur. Hansı ki, məhz bunun sayəsində Belçika ilə oyunda heç-heçə edə bildik. Qazaxıstanla oyunda isə heç-heçə bizi qane etməyəcək. Azəraycan millisi mütləq qələbə qazanmalıdı. İnanıram ki, buna nail olacağıq.
- Qazaxların Türkiyə ilə oyununa baxdınız?
- Qazaxıstan müdafiədə sadəcə möhtəşəm oynadı. Türkiyənin qol vurmaq üçün çoxlu vəziyyətləri oldu. Amma onlar bu şanslardan yararlana bilmirdilər. Qonaqlar isə müdafiədə minimum səhvlə oynayırdılar. Bizimlə isə onlar tam fərqli oynayacaqlar. Azərbaycan millisi qətiyyən arxayınlaşmamalıdı. Biz mütləq qələbə qazanmalı, revanş almalıyıq.

- Sizcə, Astanadakı oyunda məğlubiyyətimizə (1:2) nə səbəb olmuşdu?
- Fikrimcə, bütün günahlar məşqçi korpusunda idi. Onlar rəqibi pis analiz etmişdilər. Görünür, qazaxları sol ayaqla keçəcəklərini düşünürmüşlər. Berti Foqts komandanı həmin oyuna pis hazırlamışdı. Futbolçular meydanda arxayınlaşdıqları üçün məğlub oldular. Rəqib haqda daha dəqiq informasiya toplamaq lazım idi. Həmin oyun da göstərdi ki, rəqib bizi daha yaxşı tanıyır, nəinki biz onlar.
- Rəqibin heyətində kimi xüsusi qeyd edərdiniz?
- Onlarda yarımmüdafiə xətti əvvəlkinə nisbətən daha yaxşı oynamağa başlayıb. Adını dəqiq bilmirəm, amma sol cinahda çıxış edən futbolçularını xüsusi qeyd edərdim. Həmçinin hücumçu Sergey Qridini. Son oyunlar da göstərdi ki, o, qol vurmaq üçün alışıb-yanır. Futbolçularımız hər şeyə hazır olmalıdılar. Qazaxıstan sürprizə imza ata bilər.
- Yığmamızın Belçika ilə oyunundan nə dərəcədə razı qaldınız?
- Meydanda oyun adına bir şey yox idi. Heç-heçə yalnız futbolçularımızın xarakter nümayiş etdirməsi sayəsində mümkün oldu. Futbolçular yalnız son 10 dəqiqədə oynadılar. Amma futbol 90 dəqiqədən ibarət olur. Aydın məsələdi ki, Foqts bu oyunda əsas diqqəti müdafiəyə ayırmışdı. Heyət də göstərirdi ki, 6-7 futbolçu tamamilə müdafiəyə hesablanıb. Belə rəqiblə 1:1 hesablı heç-heçə isə normaldı. Uşaqlara buna görə təşəkkürümü bildirirəm. Sadəcə, oyun barədə də düşünmək lazımdı. Belə futbolla uzağa getmək olmaz. Əminəm ki, Foqts Qazaxıstanla oyunda dəyişikliklər edəcək və sentyabrın 6-da fərqli taktika, fərqli oyun görəcəyik.

- Ancaq hücum etməliyik?
- Belçika ilə oyundakı futbolla Qazaxıstanı məğlub edə bilməyəcəyik. Odu ki, hücum etməliyik. Əgər müdafiədə otursaq, rəqib bizi cəzalandıracaq. Qazaxıstan elə rəqibdi ki, onlarla açıq futbol oynamaq olar. Onlardan qorxmaq lazım deyil. Əgər bu oyunda da müdafiətə otursaq, daha nə deyəcəyimi bilmirəm. Foqts özü də anlamalıdı ki, onun gələcək taleyi həll olunur.
- Sizcə, yığma bu tsikldə 5 xaldan artıq xal yığsa, Foqts qalmalıdı?
- Yığmamız hərdən yaxşı oyun sərgiləyir. Amma almaniyalı mütəxəssisdə sabitlik çatışmır. Onun yığmasının özəyi yoxdu. Hələ də millinin heyətini müəyyənləşdirə bilməyib. Millidə baş məşqçi işi görünmür. Məğlubiyyətlər, darmadağınlar hələ də davam edir. Yığma uduzan kimi, Foqts klublarda yaxşı hazırlıq keçilməməsindən şikayətlənir. Belçika ilə heç-heçə edəndə isə heç nəyi yada salmır. Halbuki, məsələn, “Qarabağ” yığmaya çox kömək edir. Qurban Qurbanovun bu mənada xüsusi rolunu qeyd etmək lazımdı. Foqts başa düşməlidi ki, klublar ona çox kömək edirlər. Onun işi isə görünmür.