5 sentyabr 2011 16:34
UEFA azərbaycanlıya yeni təyinat verdi
AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində, sentyabrın 6-da keçiriləcək Qazaxıstan – Slovakiya oyununun UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq.
