5 sentyabr 2011 18:01
“Bakıda oynasaq da, şanslar əllinin əlliyədi”
Futbol üzrə Qazaxıstan yığmasının Bakıya gətirilməyən yarımmüdafiəçisi, “Astana” klubunun üzvü Andrey Karpoviç sabah keçiriləcək Azərbaycan – Qazaxıstan matçı ilə bağlı fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərlə söhbətində bunları bildirib:
“Türkiyə ilə oyundan fərqli olaraq, Azərbaycanla bağlı situasiya bir qədər fərqlidi. Ölkələrimiz arasında müəyyən yaxınlıqlar var, uzun müddət SSRİ-nin tərkibində olmuşuq, futbol məktəblərimiz də demək olar ki, oxşardı. Obyektiv olsaq, bu oyundakı qələbə şansımız əllinin əlliyədi. Səfərdə oynamağımıza baxmayaraq, bizim müəyyən üstünlüyümüz var. Bu da ev oyununda qələbə qazanmağımıza bağlıdı. Amma təbii ki, komandamızın işi çox çətin olacaq. Uşaqlar müsbət nəticəyə nail olmaq üçün əllərindən gələni etməlidilər. Prinsipial rəqiblə qarşılaşma qazaxıstanlı futbolçular üçün əsl stimuldu. Onlar özlərini göstərmək üçün bu şansdan yararlanmalıdılar. Azərbaycana da mütləq xal toplamaq lazımdı. Axı məhz bu oyunda qrupumuzun sonuncusunun kim olacağına aydınlıq gələcək. Bu üzdən də qarşılaşmanın kifayət qədər prinsipial olduğunu düşünürəm”.