5 sentyabr 2011 18:36
Millinin oyununa bilet satışı davam edir (FOTOREPORTAJ)
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da, saat 20:00-da keçiriləcək Azərbaycan – Qazaxıstan oyununun biletlərinin satışı davam edir. Azerisport.az xəbər verir ki, biletləri Tofiq Bəhramov adına Respublika stadionunun qarşısındakı, Park Bulvar Alış-Veriş Mərkəzinin birinci mərtəbəsindəki və metronun 28 may stansiyasının qarşısındakı satış məntəqəsində almaq olar.
Xatırladaq ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
