5 sentyabr 2011 19:44
Miroslav Beranek: Azərbaycandan çox qol buraxmağımızı istəmirəm
Sabah AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızın qonağı olacaq Qazaxıstan seçməsinin baş məşqçisi Miroslav Beranek bu gün Bakıda mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, jurnalistlərlə görüşündə öncə komandasının itkilərindən danışıb:
- Bu oyun ərəfəsində biz heyətlə bağlı bəzi probemlərlə üzləşdik. Muxtar Muxtarovla Henrix Şmidtqal Türkiyə ilə oyunda sıradan çıxdıqlarından artıq vətənə yola salındı. Həmçinin hücumçu Tanat Nuserbayev də sıradan çıxıb. Qarşıda yığmanı qrupun son iki oyunu gözləyir. Bu, yaxşı emosiya və futbol görəcəyimiz əsl derbi olacaq. Hesab edirəm ki, şanslar bərabərdi. Heyətdəki itkilərimizə baxmayaraq, bütün bunlar bizə haqq qazandıra bilməz. Azərbaycana qarşı oynamaq lazımdı.

- Sizin üçün bu oyunda nə daha çətin ola bilər?
- Mən rəqibi tanıyıram. Biz bu oyuna yaxşı hazırlaşmışıq. Amma bu görüşün gedişində əsas diqqəti nəyə ayıracağımızı hələ bilmirəm. Baxarıq, görək oyun nə göstərir. Oyunun gedişində müəyyən taktiki dəyişikliklərə əl atmağımız mümkündü.
- Rəqibiniz pressinqdən yararlanacağınızı deyir...
- İnformasiyanıza görə çox sağ olun. Mən bunu sabahkı oyun zamanı öyrənəcəm.
- Türkiyəyə məğlub olsaz da (1:2), komandanız yaxşı oynadı. Eyforiya olmayacaq?
- Xeyr, ümumiyyətlə, biz bu haqda düşünmürük. İndi bütün fikirlərimiz qarşıdakı oyuna yönəlib. Həm də biz uduzduğumuz halda Azərbaycan yığması Belçika ilə heç-heçə edib. Nəticə bizim üçün çox vacibdi. Odu ki, eyforiyadan söhbət gedə bilməz.

- İtkiləri kimlərlə unutdurmağa çalışacaqsız?
- Yəqin ki, siz kartlarımızı açacağımızı gözləmirsiz. Heç mən də buna hazırlaşmıram.
- Qapıda kim duracaq?
- Mən niyə sizə informasiya ötürməliyəm?
- Mən niyə sizə informasiya ötürməliyəm?
- Azərbaycan son oyununda axırıncı dəqiqələrdə qol vurduğu halda, siz buraxdınız...
- Bizim də qol vurmaq şanslarımız oldu. Qridin 90-cı dəqiqədə fərqlənə bilərdi. O, Rauf Əliyevin Belçika ilə oyunda etdiyini təkrarlamağa borclu idi.
- Mümkündü ki, sabahkı oyunda belə qolların sayı çox olsun?
- Azarkeşlər üçün bu, çox yaxşı olardı. Amma mən Azərbaycandan çox qol buraxmağımızı istəmirəm. Bizə müdafiədə diqqətli olmaq və kompakt oyun sərgiləmək lazımdı.
- Tofiq Bəhramov adına stadionla bağlı nə deyərdiz?
- Əlbttə, bu, İstambuldakı meydandan çox fərqlənir. Amma eyni zamanda rəqibimiz də həmin komanda deyil. Odu ki, bu planda bərabər şərtlər altında oynayacağımızı düşünürəm.
- Əlbttə, bu, İstambuldakı meydandan çox fərqlənir. Amma eyni zamanda rəqibimiz də həmin komanda deyil. Odu ki, bu planda bərabər şərtlər altında oynayacağımızı düşünürəm.