5 sentyabr 2011 19:56
Ulan Konısbayev: Bakıya qələbə dalınca gəlmişik
Sabah AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızın qonağı olacaq Qazaxıstan millisinin yarımmüdafiəçisi Ulan Konısbayev bu gün Bakıda mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, jurnalistlərlə görüşündə bunları dilə gətirib:
“Sabahkı oyun hər iki komanda üçün çətin keçəcək. Amma biz bura qələbə dalınca gəlmişik. Hesab edirəm ki, Azərbaycan yığmasında ən təhlükəli futbolçu Vaqif Cavadovdu. Amma biz də sıradan futbolçular deyilik”.

Qeyd edək ki, Azərbaycan – Qazaxıstan matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.