5 sentyabr 2011 20:23
“Azərbaycan yığmasına daha çətin olacaq, nəinki bizə”
Sabah AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızın qonağı olacaq Qazaxıstan millisinin futbolçusu Jambıl Kukeyev bu gün Bakıda mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, jurnalistlərlə görüşündə bunları dilə gətirib:
“Həm Qazaxıstanın, həm də Azərbaycanın itiriləsi heç nəyi qalmayıb. Amma rəqibimizə daha çətin olacaq, nəinki bizə. Çünki onlar doğma azarkeşlərinin gözü qarşısında qələbə qazanmalıdılar. Bu, onlardan tələb olunur. Fikrimcə, qələbəni meydanda daha fəal olan komanda qazanacaq”.
Kukeyev açıqlamasında "Bakı"ya transferinin alınmamasının səbəbini də söyləyib. 22 yaşlı yarımmüdafiəçi bildirib ki, buna səbəb Astana "Lokomotiv"i ilə müqaviləsi olub: "Hər şeyi danışıb-razılaşmışdıq. "Bakı"ya gəlmək istəyirdim. Amma "Lokomotiv"lə müqaviləm olduğundan keçidim alınmadı. Azərbaycanda yalnız "Bakı" klubunu tanıyıram. Hesab edirəm ki, Azərbaycan və Qazaxıstan çempionatları arasında heç bir fərq yoxdu”.
