6 sentyabr 2011 22:48

Yığmamız Belçikada da darmadağın oldu (YENİLƏNİB)

Bu gün futbol üzrə gənclərdən ibarət yığma komandamız AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb. Azerisport.az xəbər verir ki, futbolçularımızın bu dəfəki rəqibi Belçika yığmasıydı.
 
Qeyd edək ki, Bernard Lippertin yetirmələri yeni tsiklə çox uğursuz başlamışdılar. Sentyabrın 1-də Uotfordda keçirilən İngiltərə ilə oyunda futbolun yaradıcıları yığmamıza düz 6 cavabsız qol vurmuşdular. Belçika ilə oyunda qələbə qazanmaq şansımız olmasa da, heç olmasa 1 xala ümid edrdik. Amma təəssüf ki, gənclərimiz ikinci oyunlarında da darmadağından qaça bilmədilər.
 
AÇ-2013-ün seçmə mərhələsi
8-ci qrup
6 sentyabr
 
BELÇİKA – AZƏRBAYCAN - 4:1 (2:1)
Qollar: Bruno, 2 (1:0), C.İmamverdiyev, 24 (1:1), Mertens, 35 (2:1), Meunier, 81 (3:1), Benteke 83 (4:1)
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Antverpen. Olimpiya stadionu.
 
BELÇİKA: 1. Kolin Kusemans, 3. Dres Vuytens, 4. Qreqori Mertens, 5. Laurens De Bok, 8. Nill De Pauv (k), 9. Kristian Benteke, 10. Tomas Meunier, 11. Yassin El Qanassi, 13. Arnor Anqeli, 4. Canni Bruno, 15. Dmitri Daeseleyr,
Ehtiyat oyunçular: 12. Tomas Kaminski, 2. Koen Veuts, 6. Lamişa Musonda, 7. Quillaume Fransis, 16. Pyerre-Yves Nqava, 17. Yens Naessens.
Baş məşqçi: Frenki Dyuri.
AZƏRBAYCAN: 12. Osman Umarov, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 4. Bədavi Hüseynov, 5. Novruz Məmmədov, 6. Mirhüseyin Seyidov (k), 7. Araz Abdullayev, 10. Eşqin Quliyev, 19, Cihan Özkara, 21. Cavid İmamverdiyev, 23. Tural İsgəndərov.
Ehtiyat oyunçular: 22. Emil Balayev, 8. Emin Mustafayev, 9. Orxan Həsənov, 11. Kamil Nurəhmədov, 13. Mixail Zaytsev, 15. Amit Quluzadə, 20. Hacı Əhmədov.
Baş məşqçi: Bernard Lippert.
 
Oyun başladı. Millimizə uğurlar arzulayırıq!
2. Korner qazanan meydan sahibləri Brunonun dəqiq zərbəsi ilə hesabı açırlar - 1:0
11. El Qanassinin zərbəsini son anda Umarov dəf edir
17. El Qanassinin daha bir qol vurmaq istəyinə müdafiəçilərimiz mane olurlar
24. QOOOOOOOOL. Cavid İmamverdiyev hesabı bərabərləşdirir - 1:1
27. Özkaranın zərbəsi dəqiq olmur
29. Eşqin sarı vərəqə alan ilk oyunçu olur
35. Mertens meydan sahiblərini yenidən önə keçirir - 2:1
39. Abdullayevin zərbəsi zamanı qapıçı əla reaksiya nümayiş etdirir
40. Seyidovun fərqlənməsinə də son anda qapıçı mane olur
43. Özkaranın zərbəsi dəqiq alınmır
45. İmamverdiyevin zərbəsi qapıdan aralı keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. El Qanassinin daha bir qol vurmaq istəyinə Umarov mane olur
55. N.Məmmədovun zərbəsinin qarşısını rəqib müdafiəçi kəsir
61. Brunonun zərbəsi qapıdan aralı keçir
64. Brunonun əvəzində meydana Fransis çıxır
66. Fransisin qol vurmaq arzusunu Umarov gözündə qoyur
67. Özkara fərqlənməyə yaxın olsa da, rəqib qapıçı əla reaksiya göstərir
68. Benteke az qala komandamızı 3-cü dəfə cəzalandıracaqdı
70. Bentekenin zərbəsi qapıdan aralı keçir
74. Arazın zərbəsi dəqiq alınmır
77. Cavid sarı vərəqə ilə cəzalanır
78. De Pauvun əvəzində meydana Musonda çıxır
78. Millimizdə isə İsgəndəvoru Həsənov əvəzləyir
79. El Qanassi sarı vərəqə alır
81. Meunier komandamızı növbəti dəfə meydanın mərkəzinə dəvət edir - 3:1
83. Benteke də millimizi cəzalandırır - 4:1
84. El Qanassini Naessens əvəzləyir
87. Naessens qol vurmağa yaxın olsa da, Umarov bu dəfə qola imkan vermir
88. Arazı Amit əvəzləyir
89. İmamverdiyevi Mustafayev əvəzləyir
90. Özkaranın zərbəsi dəqiq deyil
90+1. Özkara yenə qol şansını boşa verir
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.