7 sentyabr 2011 01:24
Türkiyə Avstriya ilə sülh bağladı (YENİLƏNİB)
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, yığmamızla yanaşı, A qrupunda yer alan digər komandalar da növbəti görüşlərinə çıxıblar.
Belə ki, qardaş Türkiyə yığması səfərdə Avstriya ilə qarşılaşıb. Qeyd edək ki, bir neçə gün öncə səfərdə Almaniyaya 2:6 hesabıyla məğlub olan və baş məşqçisi Didi Konstantininin istefası gündəmdə olan Avstriya yığması bu qarşılaşmada azarkeşləri önündə bəraət qazanmaq istəyirdi. Türkiyə yığması isə məhz millimizin Belçikanı büdrətməsi sayəsində ələ keçirdiyi ikinciliyi qorumaq yolunda avstriyalılarla görüşdə qələbə qazanmağa borcluydu. Lakin tərəflərin bütün cəhdlərinə rəğmən, qarşılaşma 0:0 hesabıyla bitib. Qazaxıstanla oyunda son dəqiqələrdə vurduğu qolla Türkiyəyə qələbə qazandıran Arda bu dəfə penaltidən yararlana bilməyib.
AÇ-2012-nin seçmə mərhələsi
6 sentyabr
A qrupu
Avstriya - Türkiyə - 0:0 (0:0)
Matçın 90+1-ci dəqiqəsində Arda Turan penaltidən yararlana bilməyib - qapıçı.
Vyana. “Ernst Happel” stadionu.
| 1 | Almaniya | 8 | 8 | 0 | 0 | 28 | - | 5 | 24 |
| 2 | Türkiyə | 8 | 4 | 2 | 2 | 11 | - | 8 | 14 |
| 3 | Belçika | 8 | 3 | 3 | 2 | 16 | - | 11 | 12 |
| 4 | Avstriya | 8 | 2 | 2 | 4 | 12 | - | 16 | 8 |
| 5 | Azərbaycan | 8 | 2 | 1 | 5 | 9 | - | 21 | 7 |
| 6 | Qazaxıstan | 8 | 1 | 0 | 7 | 5 | - | 20 | 3 |
