7 sentyabr 2011 02:49

İtaliya və İspaniya da rəsmən AÇ-2012-də (YENİLƏNİB)

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, yığmamızla, eləcə də A qrupunda yer alan digər komandalarla yanaşı, qitənin qalan yığmaları da növbəti görüşlərinə çıxıblar.
 
B qrupunda lider Rusiya doğma meydanda əsas izləyicisi və rəqibi İrlandiyanı qəbul edib. Lakin tərəflər 90 dəqiqə ərzində qapılara yol tapa bilməyibər. Makedoniya Andorranı, Slovakiya isə Ermənistanı məğlub yola salmağa çalışıb. Makedonlar buna nail olsalar da, slovaklar evdə biabırçı məğlubiyyətlə üzləşiblər.
 
C qrupunun lideri İtaliya Sloveniya ilə qarşılaşıb. İtalyanlar bu oyunda qələbə qazanmaqla AÇ-2012-yə vəsiqəni tam rəsmiləşdirəcəkdi. Prandellinin komandası çətinliklə də olsa, buna nail olub. Serbiya və Şimali İrlandiya isə müvafiq olaraq Farer adaları və Estoniya ilə oyunlardan itkisiz ayrılmağa çalışıb. Serbiya istəyinə çatıb. İrlandlar isə estonlara yenilgidən qaça bilməyiblər.
 
D qrupunda ikincilik uğrunda mübarizə aparan Bosniya-Herseqovina ilə Belarusun öz aralarındakı oyunu daha maraqla gözlənilirdi. Bosniyalılar bu oyunda yalnız rəqibin iki futbolçusu meydandan qovulduqdan sonra qələbə qoluna imza ata biliblər. Lider Fransa isə səfərdə Rumıniyanın qonağı olub. Sözügedən oyunda tərəflər qol susqunluğunu poza bilməyiblər. Autsayderlərin – Lüksemburqla Albaniyanın görüşündə isə meydan sahibləri ilk qələbə sevincini dadıblar.
 
E qrupunda da maraqlı görüşlər gözlənilirdi. Məsələn, itkisiz irəliləyən lider Hollandiya Finlandiya ilə səfər oyununda AÇ-yə vəsiqəni tam rəsmiləşdirə bilərdi. DÇ-nin son finalçısı inamlı qələbə sayəsində bu istəyinə çatıb. Bir neçə gün öncə Hollandiyada 11 cavabsız qola uduzan San Marino liderin əsas izləyicilərindən olan İsveçi qəbul edib və yenə darmadağınla qarşılaşıb. Macarıstan da Moldovanın qonağı olub və səfər qələbəsinə sevinib.

F qrupunda Xorvatiya – İsrail görüşünə maraq daha çox idi. Çünki ikinci vəsiqənin taleyinə məhz bu kollektivlər aydınlıq gətirəcəklər. Qarşılaşmada hesabı qonaqlar açsa da, sonradan toparlanan xorvatlar inamlı qələbəyə seviniblər. Aleksandr Starkovun Latviyası isə lider Yunanıstanı qəbul edib və rəqibindən xal alıb. Qonşu Gürcüstan da səfərdə xala həsrət Maltanın qonağı olub və cırtdan ölkə təmsilçisini yenə bilməyib.
 
G qrupunda bu tur Britaniya derbisi ilə əlamətdar olub. Belə ki, İngiltərə Uelsi qəbul edib. Bu görüşdə meydan sahibləri qələbə qazanan tərəf olub. İsveçrə isə Bolqarıstanı məğlub edib.

H qrupunun ikinciliyi üçün mübarizə aparan Danimarka və Norveç yığmalarının qarşılaşmasına da maraq az deyildi. Danimarkalılar rəqibini 2 cavabsız qolla yeniblər. İslandiya isə Kiprlə qarşılaşmada ilk qələbəsini qazanıb.
 
I qrupunda da iki görüş baş tutub. İspaniya Lixtenşteynlə qarşılaşmada AÇ-2012-yə vəsiqəni özü üçün təmin edib. Özü də 6 cavabsız qolla. Şotlandiya isə evdə Litvanı minimal hesabla məğlub etməyi bacarıb.
 
AÇ-2012-nin seçmə mərhələsi
6 sentyabr
 
B qrupu
 
Rusiya - İrlandiya - 0:0 (0:0)
 
Makedoniya - Andorra - 1:0 (0:0)
Qol: İvanovski, 59.
 
Slovakiya – Ermənistan - 0:4 (0:0)
Qollar: Movsisyan, 57, Mxitaryan, 70, Qazaryan, 80, Sarkisov, 90+1.
 
1 Rusiya 8 5 2 1 10 - 4 17
2 İrlandiya 8 4 3 1 11 - 6 15
3 Ermənistan 8 4 2 2 17 - 7 14
4 Slovakiya 8 4 2 2 6 - 8 14
5 Makedoniya 8 2 1 5 6 - 9 7
6 Andorra 8 0 0 8 1 - 17 0
 
C qrupu

Estoniya – Şimali İrlandiya - 4:1
(2:1)
Qollar: Vunk, 28, Kink, 32, Zenyov, 59, Saaq, 90+3 - Piroya, 4-öz qapısına.
 
Serbiya - Farer adaları - 3:1 (2:1)
Qollar: Yovanoviç, 6, Toşiç, 23, Kuzmanoviç, 69 - Benyaminsen, 37.
 
İtaliya - Sloveniya - 1:0 (0:0)
Qol: Patsini, 85.
 
1 İtaliya 8 7 1 0 16 - 1 22
2 Serbiya 8 4 2 2 12 - 10 14
3 Estoniya 9 4 1 4 13 - 13 13
4 Sloveniya 9 3 2 4 10 - 7 11
5 Ş.İrlandiya 8 2 3 3 8 - 8 9
6 Farer adaları 10 1 1 8 6 - 26 4
 
D qrupu
 
Bosniya-Herseqovina - Belarus - 1:0 (0:0)
Qol: Misimoviç, 87.
 
Lüksemburq - Albaniya - 2:1 (1:0)
Qollar: Bettmer, 27, Yoahim, 78 - Boqdani, 64.
 
Rumıniya – Fransa - 0:0 (0:0)
 
1 Fransa 8 5 2 1 11 - 3 17
2 Bosniya-Herseqovina 8 5 1 2 11 - 7 16
3 Rumıniya 8 3 3 2 10 - 6 12
4 Belarus 9 3 3 3 6 - 5 12
5 Albaniya 8 2 2 4 6 - 10 8
6 Lüksemburq 9 1 1 7 3 - 16 4
 
E qrupu

Finlandiya - Hollandiya - 0:2 (0:1)
Qollar: Stutman, 29, De Yonq, 90+3.
 
Moldova – Macarıstan - 0:2 (0:1)
Qollar: Vançak, 7, Rudolf, 83.
 
San Marino – İsveç - 0:5 (0:0)
Qollar: Kallstrom, 64, Vilhelmsson, 70; 90+3, Olsson, 81, Hisen, 89.
 
1 Hollandiya 8 8 0 0 34 - 5 24
2 İsveç 8 6 0 2 26 - 8 18
3 Macarıstan 9 6 0 3 22 - 14 18
4 Finlandiya 8 3 0 5 15 - 14 9
5 Moldova 8 2 0 6 8 - 15 6
6 San Marino 9 0 0 9 0 - 49 0

F qrupu
 
Xorvatiya - İsrail - 3:1 (0:1)
Qollar: Modriç, 47, Eduardo, 55, Yelaviç, 57 - Hemed, 44.
 
Latviya – Yunanıstan - 1:1 (1:0)
Qollar: Çauna, 20 - Papadopulos, 84.
 
Malta – Gürcüstan - 1:1 (1:1)
Qollar: Mifsud, 25 - Kankava, 15.
 
1 Xorvatiya 8 6 1 1 16 - 5 19
2 Yunanıstan 8 5 3 0 10 - 4 18
3 İsrail 9 4 1 4 11 - 11 13
4 Gürcüstan 9 2 4 3 6 - 7 10
5 Latviya 8 2 2 4 7 - 10 8
6 Malta 8 0 1 7 4 - 17 1

G qrupu

İsveçrə - Bolqarıstan - 3:1 (1:1)
Qol: Şaqiri, 45+2; 62; 90 - İvanov, 9.
 
İngiltərə - Uels - 1:0 (1:0)
Qol: Yanq, 35.
 
1 İngiltərə 7 5 2 0 15 - 3 17
2 Çernoqoriya 6 3 2 1 5 - 3 11
3 İsveçrə 6 2 2 2 10 - 8 8
4 Bolqarıstan 7 1 2 4 3 - 12 5
5 Uels 6 1 0 5 3 - 10 3
 
H qrupu

Danimarka – Norveç - 2:0 (2:0)
Qollar: Bendtner, 24; 45.
 
İslandiya – Kipr - 1:0 (1:0)
Qol: Saytorsson, 5.
 
1 Portuqaliya 6 4 1 1 15 - 7 13
2 Danimarka 6 4 1 1 9 - 4 13
3 Norveç 7 4 1 2 7 - 6 13
4 İslandiya 7 1 1 5 3 - 9 4
5 Kipr 6 0 2 4 5 - 13 2
 
I qrupu
 
Şotlandiya – Litva - 1:0 (0:0)
Qol: Nasimit, 50.
Matçın 45-ci dəqiqəsində meydan sahiblərinin üzvü Fletçer penaltidən yararlana bilməyib
 
İspaniya – Lixtenşteyn - 6:0 (3:0)
Qollar: Neqredo, 33; 37, Xavi, 44, Ramos, 52, Vilya, 59; 76.
 
1 İspaniya 6 6 0 0 21 - 5 18
2 Çexiya 6 3 1 2 8 - 5 10
3 Şotlandiya 6 2 2 2 7 - 7 8
4 Litva 7 1 2 4 3 - 9 5
5 Lixtenşteyn 7 1 1 5 3 - 16 4

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.