5 sentyabr 2011 11:28

“Azərbaycan yığması indi daha çox hücum edir”

Qazaxıstan yığmasının sabiq müdafiəçisi, hazırda “Ordabası”da çıxış edən Fərhadbek İrismetov azerisport.az saytına müsahibəsində sabah keçiriləcək AÇ-2012-nin seçmə mərhələsinin Azərbaycan Qazaxıstan oyunu ilə bağlı fikirlərini açıqlayıb.
 
- Türkiyəyə məğlubiyyətdən sonra sizi Bakıya səfər gözləyir...
- Nəzərə alsaq ki, yığmamız Türkiyə ilə səfərdə qarşılaşırdı, yaxşı oynadı. Sadəcə, bəxtimiz gətirmədi. Komanda sona kimi oynadı və bir xal qazana bilərdi. Amma son saniyələrdə buraxılan qol görüşün taleyini həll etdi. Əgər Bakıda da elə oynasaq, yaxşı nəticəyə ümid edə bilərik. Qazaxıstan və Azərbaycan yığmaları arasındakı oyunlar həmişə prinsipial xarakter daşıyır. Qarşıdakı oyun da maraqlı alınacaq. Qoy güclü qalib gəlsin. Amma gizlətmirəm ki, bütün qəlbimlə Qazaxıstana azarkeşlik edəcəm.
 
- Qazaxıstanın bu oyundakı şanslarını necə qiymətləndirirsiz?
- Görüşün favoriti Azərbaycan yığmasıdı. On dövrlər komandanız heç də pis oyun sərgiləmir. Oyundan-oyuna artırdığınız göz önündədi. Qazaxıstan yığmasına da komandanızla qarşılaşma çətin olacaq. Amma inanıram ki, yenilənmiş komandamız Bakıya döyüşkən əhval-ruhiyyə ilə gələ biləcək. İndi gənc komandamız var. Komandada çoxlu yeni futbolçular var. Bu üzdən də onlardan çox şey tələb etmək mümkünsüzdü.

- Amma buna baxmayaraq, Astanada həmin komanda Azərbaycanı məğlub etmişdi.
- Komandanızın üzvləri fərdi cəhətdən güclüdülər. Onlar texnikalı oyunla istənilən matçda xarakter nümayiş etdirə bilirlər. Biz isə Astanada komanda oyunu sayəsində qələbə qazana bildik. Biz kollektiv oyun və hücuma böyük qüvvəylə atılmaq sayəsində 3 xal qazandıq. Yəqin ki, Belçika ilə oyundan sonra Azərbaycan yığmasındakı atmosfer də yaxşıdı. Bu üzdən də sabahkı oyunun Astanadakından fərqlənəcəyini düşünürəm.
 
- Azərbaycanda belə hesab edirlər ki, Qazaxıstana məğlubiyyət faciə olacaq...
- İstənilən komanda meydana qələbə üçün çıxır. Heç kim uduzmaq istəmir. Amma bir şeyi bilirəm ki, Qazaxıstan artıq bu dəfə Qazaxıstandakı kimi açıq oyun sərgiləyə bilməz. Özü də komandanız Bakıda daha yaxşı, inamlı oyun nümayiş etdirir. Elə təəssürat yaranır ki, onlara bu gücü yerli publika verir. Hər halda hesab edirəm ki, Bakıda heç-heçə etsək, bunu normal nəticə saymaq olar.

- Azərbaycanın Belçika ilə oyununa baxmısız?
- Mənə dedilər ki, komandanız Belçikaya qarşı yaxşı oynayıb. Düzü, inanmırdım ki, Azərbaycan evdə uduzacaq. Ümumiyyətlə, Bakıda oynamaq həmişə çətindi. Bizim futbolçular üçün əsas ilk yarım saatda futbolçularınızı saxlamaq lazımdı. Azərbaycan həmişə oyunun əvvəlində daha yaxşı oynayır, nəinki sonda. Futbolçularınız yəqin ki, tsikli yaxşı nəticələrlə bitirmək istəyirlər. Onlar azarkeşlər və baş məşqçi üçün oynayacaqlar. Axı adətən tsiklin sonunda baş məşqçilərin taleyi müzakirə olunur.
 
- Azərbaycan yığmasında daha çox nə yadınızda qalıb?
- Komandanızın uğurunda müdafiə xəttinin və qapıçının oyunu önəmli rol oynayır. Əvvəllər siz tam fərqli futbol oynayırdız. İndi daha çox hücum edirsiz. Hamı komandanızdakı dəyişiklikləri görür.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.