5 sentyabr 2011 00:14
AFFA TFF-yə söz veribmiş
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanın Belçikadan 1 xal alması Türkiyə mətbuatının gündəmindən düşmür. Azerisport.az xəbər verir ki, qardaş ölkə mətbuatı sözügedən oyunla bağlı maraqlı bir məqama toxunub.
Belə ki, iddiaya görə, Belçika ilə oyundan öncə AFFA rəsmiləri Türkiyə Futbol Federasiyasından olan həmkarlarına zəng edərək "Belçikanı məğlub edəcəyik, sizin üçün oynayacağıq" sözünü veriblər.
Oyundan sonra da Türkiyəyə zəng edən AFFA nümayəndələri "sizin üçün oynadıq" - deyə qardaş ölkəyə dəstək olduqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, məhz Azərbaycanın Belçikanı büdrətməsi sayəsində Türkiyə qrupda ikinci pilləyə yüksəlib.
