5 sentyabr 2011 00:28
Mertens: Düşünürdüm ki, azərbaycanlıların heç bir şansı yoxdu
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin qonağı olan Belçika yığmasının vingeri Dres Mertens bu görüşlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə açıqlamasında 1:1 hesablı heç-heçə ilə başa çatan görüşlə bağlı bunları dilə gətirib:
“Artıq nədənsə danışmaq çox çətindi. Mən düşünürdüm ki, artıq azərbaycanlıların heç bir şansı yoxdu, onlar bizə qol vura bilməyəcəklər. Amma görüşün başa çatmasına 5 dəqiqə qalmış onlar hesabı bərabərləşdirdilər. Bizim daha çox qol vurmaq üçün şanslarımız oldu. Lakin təəssüf ki, onlardan yararlana bilmədik. Bu heç-heçəyə görə çox məyusam”.
