5 sentyabr 2011 00:31
Belçika – Azərbaycan matçında slovak hakim
AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycanın gənclərdən ibarət yığması ilə (U-21) Belçika arasındakı oyunun hakimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı slovakiyalı hakimlər briqadasına tapşırıb.
Belə ki, sözügedən oyunu İvan Krujlyak idarə edəcək. Lakin UEFA onun köməkçilərinin adını açıqlamayıb. Amma onların da slovakiyalı olacaqları dəqiqdi.
Xatırladaq ki, yeni tsikldəki ilk oyununda İngiltərəyə 0:6 hesabıyla uduzan Azərbaycanın gənclərdən ibarət yığmasının Belçika ilə oyunu sentbayrın 6-da Antverpendə keçiriləcək. Olimpiya stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
