5 sentyabr 2011 00:40
Yığmamız Qazaxıstanla yağış altında oynayacaq
Futbol üzrə Azərbaycan yığmasının AÇ-2012-nin seçmə mərhələsinin qarşıdan gələn Qazaxıstanla oyunu yağış altında keçirilə bilər. Azerisport.az xəbər verir ki, bu haqda sinoptiklərin məlumatında bildirilir.
Belə ki, qarşılaşmanın keçiriləcəyi gün Bakıda yağıntılı hava müşahidə olunacaq. Bu isə o deməkdi ki, Azərbaycan – Qazaxıstan matçının keçiriləcəyi dəqiqələrdə də yağış yağması mümkündü.
Qeyd edək ki, sentyabrın 6-da keçiriləcək Azərbaycan – Qazaxıstan matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.
