5 sentyabr 2011 12:50
Foqts yenə mətbuat konfransına gəlmədi
Futbol üzrə yığma komandamızın baş məşqçisi Berti Foqts yenə mətbuat konfransına gəlməyib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Qazaxıstanla oyunundan öncə də jurnalistlərlə görüşə gəlməmişdi.
Foqtsu yenə həmyerlisi Olaf Yansen əvəzləyib. Qeyd edək ki, bu, artıq onun üçüncü belə addımıdı. Xatırladaq ki, Foqts sentyabrın 2-də baş tutan Belçika ilə oyundan öncə və sonra keçirilən mətbuat konfransına da eyni səbəbdən qatılmamışdı.
Berti Foqtsun bu hərəkətinin səbəbi səhhətindəki problemlə izah olunsa da, bu, artıq şübhəli görünür.
