5 sentyabr 2011 01:03
Avropanın ən varlı klubları açıqlandı
Avropanın büdcəsinə görə ən varlı klublarının adları müəyyənləşib. Azerisport.az xəbər verir ki, İngiltərənin “Manchester United” klubu hazırda qitənin ən zəngin klubudu.
“Qırmızı şeytanlar”ın büdcəsi 439,8 milyon avro təşkil edir. İkinci yeri cüzi fərqlə (438,6 milyon avro) İspaniyanın “Real” klubu tutub. Üçüncü pillədə isə 389,1 milyon avroluq büdcəsi ilə İspaniyanın digər nəhəngi - “Barcelona” qərarlaşıb.
Almaniyanın ən varlısı Münhen “Bayern”idi. Bu komandanın büdcəsi 323 milyon avro təşkil edir. İtaliyada isə “Milan” (235,8 milyon) və “İnter” (224,8 milyon) hegemonluq edir.
Fransanın ən varlı klubları isə Lion və Marsel “Olympique”ləridi. Bu komandaların sərvəti müvafiq olaraq, 146,1 və 141,1 milyon avro təşkil edir.
