6 sentyabr 2011 13:01
Braziliya yığmasından çətin qələbə
Futbol üzrə Braziliya yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, beşqat dünya çempionları Qananı sınağa çəkib.
90 dəqiqə ərzində azarkeşlər cəmi bir qol izləyib. Belə ki, qarşılaşmanın 45-ci dəqiqəsində Braziliya yığmasının yerli "İnternasional" klubunda oynayan futbolçusu Leandro Damyao rəqib qapısına yol tapıb. Bununla da "sambaçılar" 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu, 2010-cu ildən "İnternasional"ın əsas heyətinə cəlb olunan 22 yaşlı hücumçunun əsas yığmada 3-cü oyunu idi.
