6 sentyabr 2011 13:16
“Azərbaycana uduza bilmərik”
Bu gün AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızın qonağı olacaq Qazaxıstan millisinin yarımmüdafiəçisi Marat Xayrulin ölkəsindən olan jurnalistlərə müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Marat, komandanın Türkiyə ilə oyununu necə qiymətləndirərdin?
- Mənfi dördlə. Dördü ona görə verərdim ki, yaxşı oynadıq. Minus ona görədi ki, əlavə olunmuş vaxtda qol buraxdıq.
- Mənfi dördlə. Dördü ona görə verərdim ki, yaxşı oynadıq. Minus ona görədi ki, əlavə olunmuş vaxtda qol buraxdıq.
- Ulan Konısbayevin vurduğu qol sizdə özünəinamı artırdı?
- Əlbəttə. Qol vuranda həmişə özünəinam daha da artır.
- Əlbəttə. Qol vuranda həmişə özünəinam daha da artır.
- Sizcə, nə çatışmadı ki, son dəqiqələrdə qol buraxdınız?
- Həmişəki kimi, sonda konsentrasiyanı itirdik. Türkiyənin isə bəxti gətirdiyini düşünürəm. Hakim həmin epizodda düzgün qərar qəbul etmədi. Muxtar Muxtarov zədə aldı. Hakim isə cərimə zərbəsini bizim əleyhimizə təyin etdi.

- Stadiondakı atmosfer barədə nə deyərdiz?
- Əlbəttə, bu, inanılmaz idi. Türkiyədə azarkeşlik etməyi bacarırlar. Mən ilk dəfə idi ki, elə stadionda oynayırdım.
- Bu, psixoloji cəhətdən sizə əlavə problem yaradırdı?
- Mən daha çox oyun haqda düşünürdüm. Mən deyərdim ki, boş tribunalar qarşısında oynamaqdansa, elə bu cür rəqibin azarkeşləri qarşısında oynamaq daha yaxşıdı.
- Mən daha çox oyun haqda düşünürdüm. Mən deyərdim ki, boş tribunalar qarşısında oynamaqdansa, elə bu cür rəqibin azarkeşləri qarşısında oynamaq daha yaxşıdı.
- Bakıdakı oyun öncəsi komandada əhval-ruhiyyə necədi?
- Ancaq qələbəyə köklənmişik.
- Azərbaycanla artıq Astanada qarşılaşmısız. Həmin oyundan nə yadınızda qalıb?
- Onların heç də pis olmayan komandası var. Texnikalıdılar, sürətli oynayırlar. Çoxlu fərdi oyunçulara malikdilər.
- Sabah (söhbət dünən olub – azerisport.az) Bakıda yağışlı hava gözlənilir. Necə düşünürsüz, bu, bizim üçün düşərli ola bilər, ya əksinə?
- Biz hələ meydançanı görməmişik. Amma Belçika ilə oyunun videoyazısına baxarkən, onun yaxşı səviyyədə olmadığını gördük. Yağış kələ-kötürlükləri hamarlar.
- Azərbaycanda indi hava necədi?
- İndi hava normaldı, elə də isti yoxdu.
- Muxtar Muxtarovla Henrix Şmidtqal zədə səbəbindən oyunu buraxacaq. Bu, bizim üçün böyük itkidi?
- Əlbəttə, axı onlar hər ikisi əsas heyət oyunçularıdı. İstənilən futbolçunun itkisi komanda üçün əlavə problemdi.
- Əlbəttə, axı onlar hər ikisi əsas heyət oyunçularıdı. İstənilən futbolçunun itkisi komanda üçün əlavə problemdi.
- Oyun öncəsi nəsə ajiotaj var?
- Hər şey adi qaydadadı. Bizdən yalnız qələbə gözləyirlər. Türkiyəyə uduzduğumuz üçün bizi mühakimə etmədilər. Amma artıq evdə məğlub etdiyimiz Azərbaycana uduza bilmərik. Burda fərqli psixolofiyadı. Amma azərbaycanlılar da revanş arzusundadılar.