6 sentyabr 2011 13:31

Böyük oyunlarda dəyişməz ənənə

Azərbaycan Premyer Liqasının qarşıdakı 5-ci turunda “Xəzər Lənkəran” “Neftçi”ni qəbul edəcək. Azerisport.az xəbər verir ki, bu, Lənkəran publikasının ümumilikdə 22-ci, Premyer Liqada 20-ci “Böyük oyun”un şahidi olacağı deməkdi.
 
İndiyədək bu rəqiblə 21 dəfə üz-üzə gələn XL 19 çempionat və 2 kubok qarşılaşmasında prinsipial derbi əhəmiyyətli matça çıxıb. Çempionatdakı 1 matçın – “Qızıl oyun”un neytral meydanda, Gəncədə baş tutduğunu nəzərə alsaq hər komanda 10 dəfə meydan sahibi olub. Lənkəranda baş tutacaq 11-ci matçadək rəqiblər 9 çempionat və 1 kubok oyununu Lənkəranda keçiriblər. Maraqlıdı ki, çempionat oyunlarının hamısında 1-ci dövrə oyunu Lənkəranda keçirilir.
 
22-ci oyun ərəfəsində ümumi balansda hələlik “Neftçi” öndədi, “Xəzər Lənkəran” isə ondan cəmi 1 qələbə geridədi. Daha çox heç-heçənin qeydə alındığı duellərdə cənublular “Neftçi”yə 6 dəfə uduzub ki, bunun da sonuncusu 2009-cu il aprelin 12-də baş verib. Bakıdakı 1:2 hesablı məğlubiyyətdən sonra ötən təxminən 2 il yarımda, daha dəqiqi 881 gündə “Xəzər Lənkəran” prinsipial rəqibinə uduzmur. Özü də 12 aprel tarixindəki həmin matçdan sonra rəqiblər nə az, nə çox 10 dəfə üz-üzə gəlib. Bu matçlarda XL 2 dəfə qalib gəlib və digər matçlarda 1 xalla kifayətlənib. Ümumilikdə 5 dəfə qalib gəlməsinə baxmayaraq daha inamlı qələbələr qazanması sayəsində top fərqində rəqibdən geri qalmır – 19:19. Bu tur azarkeşləri də “Böyük oyunlar”da vurulan yubiley – 20-ci qol, ümumi balansı tarazlaşdıracaq mümkün 6-cı qələbə və top fərqində üstünlük qazanmağı gözləyirlər. Lənkərandakı matçlarda isə bu üstünlük çoxdan formalaşıb. Komanda 10 matçda 3 qələbə qazanıb, 5 heç-heçə edib və 2 dəfə uduzub. Top fərqi isə 8:6-dı.
 
Azərbaycan çempionatı
 
2004/05 mövsümü
 
08.12.2004. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Oktay Dərəlioğlu – Emin Quliyev
 
11.05.2005. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə (2) – İlqar Qurbanov
 
“Qızıl oyun”
 
10.06.2005 “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Ruslan Abbasov, Zaur Tağızadə - Alim Qurbanov
 
2005/06 mövsümü
 
18.12.2005. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Nadir Nəbiyev
 
30.05.2006. “Neftçi” – “Xəzər Lənkəran” – 2:2
Branimir Subaşiç, Svetoslav Stefanov – Mahmud Qurbanov, Xaqani Məmmədov
 
2006/07 mövsümü
 
11.08.2006. “Xəzər Lənkəran” – “Neftçi” – 2:1
Zaur Ramazanov (2) – Svetoslav Stefanov
 
16.02.2007. “Neftçi” – “Xəzər Lənkəran” – 1:0
Vadim Borets
 
2007/08 mövsümü
 
10.11.2007. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Georgi Adamiya
 
11.05.2008. “Neftçi” – “Xəzər Lənkəran” – 0:1
Rəşad Abdullayev
 
2008/09 mövsümü
 
19.10.2008. “Xəzər Lənkəran” – “Neftçi” – 2:0
İvan Svetkov, Rəşad Abdullayev
 
12.04.2009. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə, Əli Cansun – Əhməd Dursun
 
2009/10 mövsümü
 
İlkin mərhələ
08.11.2009. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0
 
17.02.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0
 
Final mərhələsi
27.03.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0
 
01.05.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0
 
2010/11 mövsümü
 
İlkin mərhələ
25.09.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Dieqo Ruiz
 
13.02.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0
 
Final mərhələsi
 
18.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Julius Vobay - Rodriqo Sezar Kastro
 
18.05.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 1:1
Cavid İmamverdiyev - Julius Vobay
 
Azərbaycan kuboku, 1/4 final
 
03.03.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 3:4
Flavio Aleks Valensio (2), Slavko Georgiyevski - Uinston Parks, Manuel Skarlatake, Julius Vobay, Andrei Mureşan
 
08.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Uinston Parks - Flavio Aleks Valensio

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.