6 sentyabr 2011 14:03
Aksel Vitsel: Bakıdakı xal itkisinin günahkarı Leekens deyil
Futbol üzrə Belçika yığmasının yarımmüdafiəçisi Aksel Vitsel AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla Bakıdakı oyunda (1:1) üzləşdikləri xal itkisinin taktikadakı səhvlə əlaqədar olmadığını bildirib. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə aşıqlamasında bunları dilə gətirib:
“İndi bizim ikinci yeri tutmağımıza sadəcə möcüzə kömək edə bilər. Azərbaycanla heç-heçəyə görə baş məşqçimizin günahı yoxdu. Xal itkisi taktiki səhvin nəticəsi deyildi. Sadəcə, biz öz imkanlarımızdan, qol vəziyyətlərindən yararlanmalı idik. Hər kəs nəticəni xatırlayır, oyunu, taktikanı yox. Bizim gənc komandamız var. Belə səhvlər buraxmağımız da təəccüblü qarşılanmamalıdı. Amma biz öz səhvlərimiz üzərində çalışmağa da borcluyuq”.