6 sentyabr 2011 14:24
AFFA jurnalistlərə yol göstərir
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Qazaxıstan oyununu işıqlandıracaq mətbuat nümayəndələrinin stadiona rahat daxil olmasına şərait yaratmaq üçün ayrıca giriş qapısı müəyyənləşdirilib. Azerisport.az xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, mətbuat nümayəndələri Tofiq Bəhramov adına Respublika stadionunun Cənub darvazasından (tablonun sağ tərəfindəki, qonaq komandanın stadiona daxil olduğu qapı istiqamətindəki darvaza) arenaya daxil ola bilərlər.
