6 sentyabr 2011 15:11
Abdullayev: Milli üzvləri güclərini sözdə yox, meydanda göstərməlidilər
Hazırda AZAL-ın baş məşqçisi olan Qazaxıstanın “Atırau” klubunun sabiq məşqçisi Elxan Abdullayev AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu öncəsi azerisport.az saytının suallarını cavablayıb:
- Azərbaycan – Qazaxıstan oyunu öncəsi fikirlərinizi bilmək istərdik...
- Azərbaycan – Qazaxıstan oyunu öncəsi fikirlərinizi bilmək istərdik...
- Fikrimcə, fərqli komandalar olsa da, demək olar ki, eyni səviyyədədilər. Amma təbii ki, doğma meydan amili Azərbaycan üçün məlum üstünlük deməkdi. Hansı ki, bundan yararlanmaq lazımdı. Biz Qazaxıstanı udacaq gücdəyik. Sadəcə, bunun üçün yaxşı hazırlaşmaq lazımdı. Məsələn, meydana “biz güclüyük”, “dəqiq qələbə qazanacağıq” fikriylə çıxsaq, heç nə alınmayacaq. Düzdü, bu komanda nə Türkiyə, nə də Belçika deyil. Amma hər halda asanlıqla uda biləcəyimiz rəqib də deyil. Məsələn, digər rəqiblərimiz bizi qiymətləndirməyib, bunun cəzasını çəkdilər. Amma qazaxlar elə səhvə yol verməyəcəklər.
- Qazaxları tanıyan bir məşqçi kimi, onların heyətində daha çox hansı futbolçuları xüsusi qeyd edərdiniz?
- Hesab edirəm ki, onlar yenə Sergey Qridini ilk dəqiqələrdən meydana buraxacaqlar. Hansı ki, Astanadakı oyunda dubla imza atmışdı. Gənc hücumçu olsa da, artıq özünü sübut edə bilib. Onu gözdən qoymamalıyıq. Onların heyətində həmçinin Sergey Xijniçenko kimi təhlükəli futbolçu var. O da Qazaxıstan çempionatında tez-tez qol vurur. Bütövlükdə, qazaxların heyətində kimisə ayrıca qeyd etmək çətindi. Çünki onlar daha çox komanda oynununa üstünlük verirlər.

- Millimiz Belçika ilə oyundakı futbolla qazaxları məğlub edə bilər?
- Qətiyyən! Elə oyunla biz Qazaxıstana uduzarıq. Bizə hücum etmək, daha çox irəli getmək lazımdı. Düzünü deyim, məşqçinin taktikasını müzakirə etmək istəmirəm. Amma elə qorxaq futbol oynamaq lazım deyil. Başa düşürəm ki, müdafiədən oynamaq, əks-hücumlara üstünlük vermək olar. Belçika ilə oyunda isə sadəcə hücum barədə düşünən yox idi. Qol da təsadüfən alındı. Qazaxıstanı məğlub etmək üçün isə ancaq hücum barədə düşünməliyik. Yalnız o halda uğur qazana bilərik.

- Futbolçularımız da hamısı qələbədən danışırlar...
- Hesab edirəm ki, bu, düzgün deyil. Futbolçular rəqibə hörmət etməlidilər. Gücünü meydanda göstərməlisən. Sözlə çox şey demək olar. Qazaxıstanla ilk oyun öncəsi də bizimkilər belə açıqlamalar verirdilər. Amma nəticədə heç xal da ala bilmədilər. Bu üzdən də mən belə açıqlamaların əleyhinəyəm.
- Şansları necə dəyərləndirərdiz?
- Şansların daha çox bizdə olduğunu düşünürəm. Çünki matç Bakıda keçirilir. Əgər bizimkilər hücum futbolu oynasalar, aqressiv oyun sərgiləsələr və tribunalardan yaxşı dəstək alsalar, qələbə bizim olacaq. Əks halda ola bilər ki, nə biz qol vuraq, nə də rəqib.

- Belçika ilə oyunun ən yaxşılarından biri AZAL-da çıxış edən Aqil Nəbiyev idi. Amma qazaxlarla oyun öncəsi onun zədə problemi var...
- Onun zədəsi çoxdan var. Heç cür imkan olmur ki, ona zədəsini tam sağaltmaq üçün normal vaxt verək. Bu, təbii ki, onun sağlamlığına zərbədi. Sonra da bunun əziyyətini çəkə bilər. Hər halda qarşıdakı turlarda ona istirahət vermək üçün çalışacağam.