6 sentyabr 2011 15:35
Bakının hücumçusu Ekvadora qarşı
Bu gün futbol üzrə Kosta-Rika millisi Ekvador yığmasıyla yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bu görüşdə bir “azərbaycanlı” futbolçunun da çıxışı gözlənilir.
Belə ki, “Bakı”nın forvardı Uinston Parks da hazırda Kosta-Rika yığmasının düşərgəsindədi. Sözügedən ölkə mətbuatının yazdığına görə, hücum xəttində yer alacaq futbolçulardan biri məhz Parks olacaq.
Qeyd edək ki, ötən mövsüm “Xəzər Lənkəran”da çıxış edən Uinston Parks “Bakı”ya bu yay keçib.
