6 sentyabr 2011 15:44
Mircavadov: Milliyə pleymeyker lazımdı
Futbol üzrə yığmamızın sabiq baş məşqçisi Ağasəlim Mircavadov AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Məncə, komandamızın yarımmüdafiə xətti istənilən səviyyədə olmayacaq. Bu görüşdə Rəşad Sadiqov oynamalıdı. Üç hücumçulu sistmelə - mərkəz və cinah hücumçularından yararlanacağımız halda bizə çətin olacaq. Hansı ki, cinahlardan Əfran İsmayılovla Vaqif Cavadovun xidmətindən istifadə olunur. Çünki onlara müdafiəyə də kömək etmək lazım gələcək. Bu isə onların əsas vəzifələrini yerinə yetirməsinə imkan verməyəcək. Əgər qazaxların müdafiəçiləri də hücumlara dəstək versələr, onda bizə daha çox çətin olacaq. Aleksandr Çertoqanovla Rahid Əmirquliyev eyni tipli oyunçulardılar. Bu komandaya pleymeyker lazımdı”.
