6 sentyabr 2011 15:54
Yığmamızın Almaniyaya gedəcək heyəti açıqlandı
Xəbər verdiyimiz kimi, Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarına hazırlıq məqsədilə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 8-9 sentyabr tarixlərində Bakıda, sentyabrın 10-dan 22-dək isə Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçirəcək. Azerisport.az xəbər verir ki, artıq toplanışa dəvət olunmuş futbolçuların siyahısı da müəyyənləşib.
Belə ki, baş məşqçi Təbriz Həsənov milliyə 23 futbolçu dəvət edib. Onlardan dördü Rusiya klublarında çıxış edənlərdi.
Bütövlükdə, millimizin düşərgəsinə dəvət alan futbolçuların tam siyahısını diqqətinizə çatdırırıq:
Qurbanəli Əliyev – «İnter»
Nurlan Əhmədov – «Qarabağ»
Kənan Manafov – «Neftçi»
Sadiq Quliyev – «Qəbələ»
Əyyub Əliyev – «Neftçi»
Coşqun Diniyev – «İnter»
Şirməhəmməd Məmmədov – «Qəbələ»
Elvin Camalov – «Qəbələ»
Adil Nağıyev – «İnter»
Kamran Abdullazadə – «Xəzər Lənkəran»
David Qarayev – «Stolitsa» (Moskva, Rusiya)
Ruslan Abdullayev – «Torpedo» (Moskva, Rusiya)
Polad Mirzəzadə – «Bakı»
Orxan Əliyev – «Sumqayıt Şəhər»
Ruslan Nəsirli – «Sumqayıt Şəhər»
Şamil Camaləddinov – «Sumqayıt Şəhər»
Vəkil Talıbov – «Akademiya Konopleva» (Rusiya)
Ramin Şirinov – «Qarabağ»
Yusif Bağırov – «Bakı»
Namiq Ələsgərov – «Bakı»
Elvin Bədəlov – «Zenit» (Sankt-Peterburq, Rusiya)
Fuad İslamzadə – «İnter»
Xəlil Əhmədov – ROİL
