6 sentyabr 2011 16:28
Türkiyə yığması daha bir citti itki ilə üzləşdi
Bu gün AÇ-2012-nin seçmə mərhələsində səfərdə Avstriya ilə qarşılaşacaq Türkiyə yığması daha bir ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, Qus Hiddinkin çalışdırdığı qardaş ölkə yığmasında Selçuk İnan və Emre Belözoğlundan sonra Serdar Kesimal da heyətdən çıxarılıb.
Bu futbolçunun da sıradan çıxmasına zədə səbəb olub. O, Türkiyə millisinin dünənki son məşqi zamanı sağ ayağının burxulması nəticəsində hazırlığı tamamlaya bilməyib. Bu gün həkim müayinəsindən keçən futbolçunun zədəsinin ciddi olduğu aşkarlanıb və hollandiyalı mütəxəssis onu heyətdən çıxarmaq məcburiyyətində qalıb.
Xatırladaq ki, Kesimaldan öncə zədə səbəbində Emre Belözoğlu, eləcə də Qazaxıstanla oyunda qırmızı vərəqə alan Selçuk İnan da heyətdən kənarlaşdırılmışdı.
