6 sentyabr 2011 17:28

Samir Abasov: Millinin 7 xal toplaması göstərici sayılmamalıdı

Futbol üzr yığmamızın sabiq üzvü, “Sumqayıt Şəhər”in yarımmüdafiəçisi Samir Abasov AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- Millinin Qazaxıstanla oyunundan nə gözləyirsiz?
- Düşünürəm ki, bizim qələbə şanslarımız yüksəkdi. Biz Qazaxıstandan daha güclü olduğumuzu sübut etməklə azarkeşlərimizi sevindirə bilərik. Qazaxıstana hörmətlə yanaşıram. Amma yığmamız bu rəqibini məğlub etməlidi. Belçika ilə oyunda komandamız sadəcə son 10 dəqiqədə nəsə göstərdi. Əgər Qazaxıstanla oyunda da həmin o 10 dəqiqədəki kimi çıxış edə bilsək, qələbə mütləq bizim olacaq. Əlbəttə, 1:1 Belçika ilə oyun üçün yaxşı nəticədi. Amma futbolçular da başa düşməlidilər ki, qazaxlarla heç-heçə bizi qane etmir. Əgər qələbə qazana bilməsək, əldə olunacaq 1 xalın heç bir əhəmiyyəti olmayacaq.

- Qazaxıstanın Türkiyə ilə oyununu (1:2) görmüsüz?
- Hamı bilir ki, Türkiyə millisi evdə daha yaxşı oynayır. Buna görə də qazaxlar bütün ümidlərini əks-hücumlara bağlamışdılar. Bizimlə isə onlar tam fərqli oynayacaqlar. Bizimkilərə arxayınlaşmaq olmaz. Bu oyunun necə əhəmiyyət daşıdığı aydındı. Bizə sadəcə Astanadakı məğlubiyyətin revanşını almaq lazımdı.

- Sizcə, Astanadakı məğlubiyyətimizə nə səbəb olmuşdu?
- Astanada yığmamız faciəvi oyun sərgilədi. Amma Qazaxıstan da elə ciddi oyun sərgiləmədən qalib gəldi. Günahkar sadəcə biz özümüz idik. Çox arxayın idik özümüzə. Hesab edirdik ki, hətta səfərdə də olsa, qazaxları asanlıqla yenəcəyik. Amma iş başında  göründü ki, hər şey əksinədi. Buna görə də biz ilk növbədə rəqibə hörmət etməli və futbol oynaya bildiyimizi sübut etməliyik. Qazaxıstanla oyunda bizi ancaq qələbə qane edir. Başqa şey haqda düşünmək də istəmirəm.

- Sizcə, Qazaxıstanı nəyin sayəsində məğlub etmək olar?
- Biz hücumda diqqətli oynamalıyıq. Rəqibin müdafiə xətti çox yaxşı oynayır. Türkiyə ilə oyunda onların müdafiəsi əla oyun sərgilədi. Bizə həm də erkən qol lazımdı. Bizim psixologiyamız belədi: əgər birinci qol vururuqsa, onda daha yaxşı oynayırıq. Belə olan halda özünə əminlik də artacaq. Yox, əgər birinci hissədə qol vəziyyətlərini boşa versək, fasilədən sonra bunu etməyimiz çətinləşəcək. Yığmamız qol vura bilməyəndə oyun planımız da pozulur, heç normal ötürmə də verə bilmirik.
 
- Qələbə qazansaq, Azərbaycan ilk dəfə seçmə mərhələlər tarixində 7 xala sevinəcək...
- Amma hətta 7 xal qazansaq da belə, bizim qrup sonuncusu olmayacağımız dəqiqləşmir. Seçmə mərhələnin başa çatmasına hələ bir neçə oyun qalır. Çoxları düşünür ki, 7 xal qazansaq hər şey bitmiş olacaq. Amma bu, elə deyil. Biz Avstriya və Türkiyə ilə oyunlarda da yaxşı oynamalıyıq. Həm də yığmanın səviyyəsini sadəcə toplanan xallarla hesablamaq düz olmazdı.
 
- Amma hər halda bu uğura nail olsaq, Berti Foqtsun postunda qalmaq ehtimalı yüksələcək...
- Mən düşünürəm ki, istənilən halda Foqts qalmalıdı. O, artıq iki tsikldi yığmadadı və bu işinə davam etməlidi. Bu, mənim subyektiv fikrimdi. Futbolçularımız da onun rəhbərliyi altında fərqli oyun göstərməyə başlayıblar. Əlbəttə, böyük inkişaf yoxdu. Amma Foqts qalmalıdı. O, hər oyunda, hər məşqdə bizim futbolu, futbolçuları daha yaxşı tanıyır.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.