6 sentyabr 2011 17:34

Millimizin məşqçisi: Bu, bizə çox kömək edir

“İnter”in əvəzedici heyətinin və Azərbaycanın U-16 milli komandasının qapıçılar üzrə məşqçisi Üzeyir İbrahimovun AFFA-nın dəstəyilə UEFA-nın eqidası altında Belçikada keçirilən seminarda iştirak etməsi barədə məlumat vermişdik. Azerisport.az xəbər verir ki, o, müsahibəsində seminar barədə təəssüratlarını bölüşüb.
 
- Öncə keçirilən seminar barədə daha ətraflı məlumat verməyini xahiş edirik...
- Seminarda kifayət qədər tanınmış mütəxəssislər iştirak edirdilər. Qeyd edim ki, seminarda mühazirələri Lui Van Qaalın köməkçisi aparırdı. Seminar Belçikanın Qent şəhərində keçirilirdi və 4 gün davam etdi. Məşğələlər “Gent” Futbol Klubunun bazasında aparılırdı. Deyim ki, seminar olduqca məhsuldar oldu. Biz müasir qapıçılar məktəbinə aid bütün məsələləri ətraflı nəzərdən keçirdik. Seminarın yekunundasa bütün iştirakçılara UEFA tərəfindən sertifikatlar təqdim olundu.
 
- Seminarda hansı məsələlər daha çox müzakirə obyekti oldu?
- Bilirsiniz, müasir futbolda qapıçı yalnız əl ilə oynamaq və qapını qorumaq hüququna malik olan şəxs deyil. İndiki dövrdə qapıçı digər ampluada oynayan futbolçuların bacardıqlarını yerinə yetirmək imkanına malik olmalıdı. Seminarda qapıçının digər ampluada çıxış edən oyunçuya çevrilməsi mövzusu ayrıca müzakirə edildi. Axı müasir qapıçı ayağıyla əla oynamağı bacarmalı, hücumun başlanması üçün lazımi bacarıqlara malik olmalıdı. Seminarda bizə məhz bu barədə danışıldı. Bundan başqa, qapıçıların matçlara psixoloji hazırlaşmaları məsələsinə də toxunuldu. Bu faktor müasir futbolda getdikcə ön plana çıxır və ondan bir çox məsələ asılıdı.
 
- Bu seminarda yeni nə öyrəndiniz?
- Çox yeniliklərlə tanış oldum. Ancaq qapıçıların məşqçisiz çalışdıqları məşq prosesinin təşkilindən daha çox xoşum gəldi. Belə ki, 3 və ya 4 qapıçı onların məşqlərinə kənardan baxırdı. Bu, onların səhvlərini daha yaxşı görməyə və psixoloji planda azad olmağa və məşqlərdə daha yaxşı toparlanmağa imkan verir.
 
- Belə seminarlarda tez-tez iştirak etmək istərdiniz?
- Təbii ki, belə seminarlar bizə çox kömək edir. Fürsətdən istifadə edərək faydalı tədbirdə iştirak etmək imkanı yaratdığına görə AFFA rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm. Belə seminarlar bizə daha yaxşı ixtisaslaşmağa və qapıçıları daha məhsuldar hazırlamağa kömək edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.