6 sentyabr 2011 18:22
“Qazaxıstanı topsuz qoymalıyıq”
Futbol üzrə yığmamızın sabiq baş məşqçisi Ağasəlim Mircavadov AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Belçika ilə qarşılaşmada biz zəif oynadıq. Amma 1 xal qazana bildik. Qazaxıstanla qarşılaşmada isə həm yaxşı oynamalı, həm də rəqibdən güclü olduğumuzu sübut etməliyik. Uşaqların psixoloji cəhətdən bu oyuna hazır olmaları vacibdi. Yarımmüdafiə xəttimiz tələsməməlidi. Ələ düşən hər fürsətdən yararlanmaq lazımdı. Bizim rəqibdən fərqli müəyyən üstünlüklərimiz var. Məsələn evdə oynayırıq. Bundan yararlanmaq lazımdı. Həm də rəqibi mümkün qədər topsuz qoymalıyıq”.
