6 sentyabr 2011 22:14
Əfran İsmayılov: Tarixi bir qələbə qazandıq
Futbol üzrə yığma komandamızın yarımmüdafiəçisi Əfran İsmayılov AÇ-2012-nin seçmə mərhələsinin Qazaxıstana qarşı keçirilən bu günkü oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Bu, bizim üçün çox vacib oyun idi və şadam ki, onu qələbə ilə başa vurduq. Mən deyərdim ki, tarixi bir qələbə qazandıq. Amma çox çətin oyun oldu. Rəqibimiz sona kimi vuruşdu. Amma biz daha yaxşı olduğumuzu sübut edib, layiqli qələbə qazandıq”.
