6 sentyabr 2011 22:25
Miroslav Beranek: Azərbaycan yığması daha fəal idi
Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Beranek AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda millimizə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:3 hesablı məğlubiyyəti ilə bitən görüşdən sonra bunları dilə gətirib:
“Biz oyunda ilk qolu vursaq da, müdafiə xəttimiz fasilədən sonra birinci hissədəki kimi yaxşı oyun sərgiləyə bilmədi. Fasilədə futbolçulara daha fəal olmağın lazım gəldiyini bildirdik. Amma onlar bunu etmədilər. Meydan sahibləri isə ələ düşən şanslardan yaxşı yararlandılar. İkinci hissədə Azərbaycan yığması daha fəal idi. Onlar bizə Belçika ilə oyunda vurduqları qolun təkrarını vurdular”.
Beranek komandamızı yaxşı analiz etdiklərini də dilə gətirib: “Bu, məğlubiyyət o demək deyil ki, biz rəqibi yaxşı analiz etməmişdik. Əksinə, Azərbaycan millisini yaxşı öyrənmişdik. Sadəcə, bizi Türkiyə ilə oyun əldən salmışdı”.