6 sentyabr 2011 22:52
Rövnəq Abdullayev azarkeşlərdən narazı qaldı
AFFA prezidenti Rövnəq Abdullayev AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan – Qazaxıstan oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qələbə bizi çox sevindirdi. Bu, Azərbaycan futbolunun inkişafına kömək edir. 7 xal hələ komandamız üçün son hədd deyil. Çünki qarşıda yenə oyunlarımız var. Mən azarkeşlərin dəstəyindən narazıyam. Fikrimcə, onlar yığmanı daha yaxşı dəstəkləməlidilər. 10 dəqiqə oturan kimi “istefa” qışqırmaq lazım deyil. Heç bu gün stadionu da doldurmamışdılar”.