6 sentyabr 2011 11:12
Mahir Şükürov: Bu haqda heç kim düşünmür
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Mahir Şükürov bu gün AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstanla oyun ərəfəsində azerisport.az saytının suallarını cavablandırıb.
- Belçika ilə oyundan sonra komandada əhval-ruhiyyə necədi?
- Komandada eyforiya müşahidə olunmur. Hamə sakit qaydada hazırlaşır. Uşaqlar başa düşürlər ki, Qazaxıstan üzərində qələbə qazanmasaq, heç kim bizə sağ ol deməyəcək.
- Demək olar ki, hamı Qazaxıstan üzərində qələbə deyir. Amma rəqibin də bura uduzmaq üçün gəlmədiyini nəzərə alan yoxdu...
- Biz rəqibimizə hörmətlə yanaşırıq. Bilirik ki, onlar son vaxtlarda necə artırıblar. Həm də Astanadakı məğlubiyyəti heç kim unutmayıb.
- Həmin oyunda rəqib hücumçu Qridin bizim müdafiə xəttimizə çox çətinliklər yaşatmışdı...
- Şübhəsiz ki, bu dəfə də əsas təhlükə ondan gələcək. Amma bu dəfə biz rəqibi öz meydanımızda qəbul edirik. Onları da asan gəzinti gözləmir. Bu oyunda daha çox hücum haqda düşünəcəyik. Çünki bizə ancaq qələbə lazımdı. Bu görüş Azərbaycan futbolu üçün tarixi bir şansdı.
- Qazaxları ilk dəfə rəsmi oyunlarda məğlub etmək şansı?
- Xeyr. İlk dəfə 5-dən artıq xal toplamaq şansı. Elə sizin qeyd etdiyiniz sindromu da aradan qaldıra bilərik.
- Belçika ilə oyunda yarıdolu stadiona görə məyus olmadınız?
- Əlbəttə, həmişə dolu tribunalar qarşısında oynamaq daha xoşdu. Fikrimcə, Belçika ilə oyundakı uğurlu nəticədən sonra azarkeşlər bu dəfə daha çox olacaqlar. Anşlaq gözləyirəm. Onda revanş almağımız daha asan olacaq.
- Əlbəttə, həmişə dolu tribunalar qarşısında oynamaq daha xoşdu. Fikrimcə, Belçika ilə oyundakı uğurlu nəticədən sonra azarkeşlər bu dəfə daha çox olacaqlar. Anşlaq gözləyirəm. Onda revanş almağımız daha asan olacaq.
- Belə şayiə dolaşır ki, Qazaxıstan üzərində qələbəyə görə yaxşı mükafat vəd olunub. Bu, həqiqətən belədi?
- Mən belə məsul oyun öncəsi bu haqda danışmaq istəmirəm. Bilmirəm, kim nə söz verib. Amma sizə açıq deyirəm ki, bu haqda heç kim düşünmür. Bütün fikirlərimiz oyuna yönəlib.
