6 sentyabr 2011 00:30
Jorj Leekens Bakıdakı oyunda əsas səhvlərini açıqladı
Futbol üzrə Belçika yığmasının baş məşqçisi Jorj Leekens AÇ-2012-nin seçmə mərhələsinin Azərbaycanla Bakıdakı oyunlarında səhvə yol verdiklərini hesab edir. Azerisport.az xəbər verir ki, o, hesabda önə keçdikdən sonra müdafiəyə diqqət ayırmamaqlarını xal itkisində əsas səbəb adlandırıb:
“Biz hamımız çalışırıq ki, komandada anlaşma səviyyəsi daha da yaxşılaşsın. Yığmada istedadlar yetərincədi. Sadəcə, bəzi məsələləri yoluna qoymaq lazımd. Məsələn, Bakıdakı oyunda qeydə alınan heç-heçə zamanı biz hesabda 1:0 irəlidə olarkən hücuma böyük qüvvə ilə atılmamalı idik. Gələcəkdə bu kimi səhvləri təkrarlamamağımız çox vacibdi. Bizi qane edən nəticəni qazandığımız halda, onu qorumaq barədə də düşünməliyik”.