6 sentyabr 2011 13:22
Yeni mövsümün açılış turu 3 günə keçiriləcək
Futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda yeni mövsümün açılış - 1-ci turunun proqramı açıqlanıb. Azerisport.az xəbər verir ki, ilk turun oyunları 10-12 sentyabr tarixlərində keçiriləcək.
Mövsümün ilk turunun oyunları 3 günə keçiriləcək. Şənbə günü baş tutacaq ilk oyun günündə 3 görüş baş tutacaq. Elə bazar günündə də eyni sayda qarşılaşma keçiriləcək. Hesabat turuna bazar ertəsi günü yekun vurulacaq.
Yeni mövsümün açılış turun oyun cədvəli aşağıdakı kimidi:
Birinci divizion
1-ci tur
10 sentyabr (şənbə)
"Şuşa" - "Tərəqqi"
Bakı. "Şəfa" stadionu
"Karvan" - MOİK
Yevlax. Şəhər stadionu
“MKT-Araz" - "Şəmkir"
İmişli. Heydər Əliyev adına şəhər stadionu
11 sentyabr (bazar)
"Şahdağ" - "Muğan"
Qusar. Şövkət Orduxanov adına şəhər stadionu
"Neftçala" - "Qaradağ Lökbatan"
Neftçala. Nəriman Nərimanov adına şəhər stadionu
"Bakılı" - "Energetik"
Bakı. "Şəfa" stadionu. IV meydança
12 sentyabr (bazar ertəsi)
"Həkəri" - "Göyəzən"
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
Bütün oyunlar saat 17:00-da başlayacaq.
