6 sentyabr 2011 12:47

FİFA və AFFA Jabanı bağışladı

17 may 2011-ci il tarixində FİFA tərəfindən AFFA-ya ünvanlanan No 100094 saylı məktubda “Bakı” FK-nın futbolçusu Silvino Joao De Carvalyonun (Jaba) Braziliyanın “İtuano Sociedades de Futebol” klubuna olan borcunun faiz hissəsinin 25 may 2011-ci il tarixinə kimi ödənilməsi göstərilmişdi. Azerisport.az xəbər verir ki, futbolçu göstərilmiş tarixə kimi nəzərdə tutlan məbləği ödəmədiyi üçün FİFA futbolçunun oyunlarda iştirakına qadağa qoymuşdu.
 
Həmin qərara uyğun olaraq, AFFA-nın İntizam Komitəsi də  futbolçunun AFFA bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoymuşdu. Lakin 27 iyul 2011-ci il tarixində FİFA-nın AFFA-ya ünvanladığı məktubunda Jabanın əvvəlki klubuna olan borcunu tam şəkildə ödədiyi üçün futbolçuya qoyulmuş sanksiyaların FİFA tərəfindən ləğv edildiyi göstərilib.
 
Məhz yuxarıda göstərilənləri nəzərə alaraq AFFA da bu futbolçu haqqında qərarını dəyişib. Belə ki, İntizam Komitəsinin iclasında aşağıda göstərilmiş qərarlar qəbul edilib:
 
1. 20 may 2011-ci il tarixində AFFA-nın İntizam Komitəsinin futbolçu Silvino Joao De Carvalyo haqqında çıxardığı qərar ləğv edilsin.
2. Futbolçu Silvino Joao De Carvalyo AFFA bayrağı altında keçirilən yarışlarda iştirak edə bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.