7 sentyabr 2011 13:03
Millimizin oyununu yüksək səviyyəli məmurlar da izlədilər (FOTO)
AÇ-2012-nin seçmə mərhələsinin dünən keçirilən Azərbaycan - Qazaxıstan oyununu izləyənlər arasında hər iki ölkənin yüksək səviyyəli dövlət və hökumət adamları da olub. Azerisport.az xəbər verir ki, Qazaxıstanın müdafiə naziri Adilbek Caksıbekov oyunu izləmək üçün şəxsən Bakıya gəlib. O, dünən azərbaycanlı həmkarı Səfər Əbiyevlə birgə Respublika stadionunda milli komandaların oyununa baxıb.
Bundan başqa, görüşə baxmaq üçün mərkəzi arenaya gələnlər arasında baş nazirin müavini Yaqub Eyyubov da olub. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, təhsil nazirinin müavini Elmar Qasımov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da hökumət lojasında matçı seyr ediblər.
