7 sentyabr 2011 00:18
Millimizin oyununda cənublu qardaşlarımıza dəstək (FOTO)
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Qazaxıstan oyununu izləməyə gələn azarkeşlər Cənubi Azərbaycana dəstək verib. Azerisport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionuna toplaşan futbol fanatları İranda fars şovinistləri tərəfindən əzilən soydaşlırımıza qarşı haqsızlıqlara etiraz ediblər. Fanatlar oyunun əvvəlindən Güney Azərbaycana dəstək məqsədi ilə "Azərbaycan bir olsun, istəməyən kor olsun" şüarını səsləndiriblər. Onlar eyni tipli plakat da qaldırıblar.
