7 sentyabr 2011 13:39
Milli üzvlərinə 60 min AZN mükafat?
AFFA-nın baş katibi Elxan Məmmədov futbol üzrə yığma komandamızın AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstan üzərində qazandığı qələbəyə (3:2), eləcə də Belçika ilə heç-heçəyə (1:1) görə alacağı mükafatı şərh etmək istəməyib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mükafatın hansı məbləğdə olmasını nə fərqi var ki? Biz hələlik bu məsələni şərh etmək istəmirik”.
“Mükafatın hansı məbləğdə olmasını nə fərqi var ki? Biz hələlik bu məsələni şərh etmək istəmirik”.
Qeyd edək ki, qeyri-rəsmi mənbələrdən verilən xəbərlərə görə, milli üzvləri 60 min AZN mükafat alacaqlar.
