7 sentyabr 2011 14:21
Sergey Ostapenko: Azərbaycanlıların belə oynayacağını gözləmirdim
Futbol üzrə Qazaxıstan yığmasının forvardı Sergey Ostapenko AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda millimizə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:3 hesabıyla məğlub olduğu qarşılaşmanı belə dəyərləndirib:
“Yaxşı oyun alındı. Sizin komanda ikinci hissənin əvvəlindən daha yaxşı oynamağa başladı. Böyük qüvvə ilə hücuma atıldılar ki, nəticədə də istədiklərinə nail oldular. Azərbaycanlıların ikinci 45 dəqiqədə belə oynayacağını, bu hesabla uduzacağımızı gözləmirdim” - deyə, qazax futbolçu saytımıza müsahibəsində bildirib.
