7 sentyabr 2011 14:32

Yurgen Klopp Qurbanovun işinə qiymət verdi

Məlum olduğu kimi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və klubun əməkdaşı Anar Məmmədli Dortmund “Borussia”sının düşərgəsinə yollanıb. Azerisport.az səfərin ilk 2 günündən hazırlanmış təəssüratları diqqətinə çatdırır.
 
05.09.2011
“Pullmann” otelində yerləşən Qurbanovun ilk görüşu “Borrusia” rəhbərliyi ilə səhər 11:00-da baş tutdu. Klub rəhbərliyinin əsas komandanın və akadamiyanın planları ilə tanış olduqdan sonra birbaşa akademiya ilə yerində taniş olmaq üçün qurumun və əsas komandanın yerləşdiyi idman kompleksinə yollandı.
 
Əsas komanda istirahətdə olduğu üçün ilk gündə Akademiyanın gənc komandaları (U-17 və U-11) ilə tanışlıq baş tutdu. Baş məşqçi aşağı yaş qruplarının infrastruktur, işləmə prinsipləri, istedadlı futbolçular və onların məşqçiləri ilə yaxından taniş oldu. Akademiyanın özünə aid 8 meydançasında hər gün dayanmadan məşqlər keçirilir. Akademiya əsas komandanın bazasına cox yaxın yerləşir və onlar arasında mütamadi olaraq ünsiyyət yaradılır. Bu tanışıqdan akademiyanın direktoru Peter Vazinski və seleksioner-məşqçi Edin Terciz həmyerlilərimizə köməklik etdi.
 
06.06.2011
Səhər saat 10:00-da əsas komandanın bazasinin yaxınlaşanda artıq hər kəs azərbaycanlı qonaqların gələcəyini bilirdi. Həftənin ilk məşqi olduğundan futbolcular bazada olan idman zalında xüsusi məşqçilərin nəzarəti altında çalışırdılar. “Borussia”nın baş məşqçisi Yurgen Kloop şəxsən özü Qurban Qurbanovu köhnə dostu kimi qarşıladı və baza ilə tanışlığa başladı. May ayından istifadəyə verilmiş baza 6 ulduzlu oteli xatırladırdı. Futbolçuların məşqi və istirahəti ən kiçik xırdalığına qədər düşünülmüşdü. Əsas komandanın istifadə etdiyi 3 beynəlxalq standartlara cavab verən meydançası ən xoş sözlərə layiq idi. Komanda oyundan öncə son məşqini də bu meydançada kecirirdi.
“Qarabağ” və Azərbaycan haqqında xoş təəssuratlarını bildirən cənab Klopp daha sonra Bakıdakı oyun haqqında danışdı.
 
Xüsusilə, qeyd etdi ki, “Qarabağ”la kecirilən oyunların komandasının Bundesliqa cempionu olmasında çox böyük köməyi oldu. Mövsümün əvvəlində uğurlu başlanğıçın sonradan çempionata əla motivasiya veridiyini vurğuladı. Qurban Qurbanovun “Qarabağ” və Azərbaycan futbolunda çox böyük işlər gördüyünü və bunun nəticəsinin artıq milli komandada və Avropa Liqasındakı nəticələrdə gözə çarpdığını bildirdi. Klubumuzun və milli komandanın oyunlarını imkan tapdıqca seyr etdiyini bildirdi.
 
Klopp eyni zamanda futbolun inkişafı üçün infrastrurktur ve uşaq futbolunun tərəqqisinə daha cox sərmayə qoyulmasınını vacibliyini vurğuladı . Ulduz futbolçular olmadan, gənc və perspektivli oyunçularla Bundesliqa cempionu olmağın mümkün olduğunu sübut edən Klopp bunu dünyanın hər yerində tətbiq etməyin mümkünlüyünü bildirdi. Sadəcə klublar  düzgün istiqamət seçməli və inamla bu yolda hərəkət etməldirlər.
 
Bundan əlavə  Klopp Qurban Qurbanovla yenidən qarşılaşmasından məmnun olduğunu bildirdi  və onun iş prinsiplərini yüksək qiymətləndirdi. Belə görüşlərin çox əhəmiyyətli olduğunu bildirdikdən sonra çalışdırıcıların təkbtək 1.5 saat görüşü baş tutdu. Texniki ve taktiki məsələlərin müzakirə olunduğu görüş iki klub arasında yeni bir dostluq münasibətlərinin yaranması ilə başa çatdı.
 
Bundan sonra günün ikinci yarısı meydançada futbolcularla tanışlıq keçirildi və milli komandalarda 12 futbolcusu olan “Borrusia” əsas oyunçularla azlıqda 1,5 saat məşq kecdi. Yağışlı hava altında 90 dəqiqə keçən məşq daha cox fiziki hazırlıq ve 2 tərəfli oyunla yadda qaldı.
 
“Borussia” 6-cı gün “Herta”yla keçiriləcək oyuna hazırlaşır. Sabah 15:30-da qapalı keçiriləcək məşq sadəcə Qurban Qurbanov üçün açıq olacaq. ("Qarabağ"ın rəsmi saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.