7 sentyabr 2011 14:47
Parksı Ekvadorda darmadağın etdilər
Futbol üzrə Kosta-Rika millisi Ekvador yığmasıyla yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, bu görüşdə bir “azərbaycanlı” futbolçu da çıxış edib.
Belə ki, “Bakı”nın forvardı Uinston Parks da Kosta-Rika yığmasının düşərgəsindəydi. Millinin baş məşqçisi ona ilk dəqiqələrdən şans verib. Premyer Liqamızda top qovan oyunçu 87-ci dəqiqədə əvəzlənib.
Onun komandası isə bu görüşdə ağır yenilgiylə üzləşib. Belə ki, hər hissədə iki qol vuran ekvadorlu futbolçular Parksı məyus ediblər.
Qeyd edək ki, ötən mövsüm “Xəzər Lənkəran”da çıxış edən Uinston Parks “Bakı”ya bu yay keçib.
