7 sentyabr 2011 01:09
Mahir Şükürov: Qolu sizə həsr edirəm
Futbol üzrə yığmamızın müdafiəçisi Mahir Şükürov AÇ-2012-nin seçmə mərhələsinin Qazaxıstanla oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən sübut etmək istəyirdim ki, son dövrlər mənə qarşı yönələn tənqidlər heç də düzgün deyildi. Həm də tənqidi başa düşmək olar. Amma hansısa insanlar mənim hansı maşın sürdüyümü müzakirəyə çıxarırsa, bu, artıq başqa şeydi. Qolu sizə həsr edirəm. Ötən oyunda mənə çox aşağı qiymət vermişdiniz (gülür). Amma ciddi olsaq, bizi dəstəkləməyə gələn azarkeşlərə təşəkkürümü bildirmək istərdim. Bu gün çox çətin qələbə qazandıq”.