7 sentyabr 2011 15:07
Yığmamızdan yeddi oyunluq sindroma son
Futbol üzrə yığma komandamızın uğursuz seriyası nəhayət ki, başa çatdı. Azerisport.az xəbər verir ki, millimiz uzun müddətdən sonra ilk dəfə qələbə sevini yaşadı.
Sonuncu dəfə Berti Foqtsun komandası 2010-cu ilin oktyabr ayında qələbə sevinci yaşamışdı. Həmin ayın 12-də Bakıda Türkiyəni 1:0 hesabıyla məğlub etmişdik.
Ondan sonra keçirdiyimiz 7 qarşılaşmada isə buna həsrət idik. Belə ki, 6 oyunda məğlubiyyətə üzülən futbolçularımız sadəcə 1 heç-heçə edə bilmişdilər. Amma Belçika ilə qarşılaşmada 6 oyunluq məğlubiyyət seriyasının ardından heç-heçə edən millimiz Qazaxıstanı da məğlub etməklə yeni tarix yazmış oldu. Çünki indiyə qədər Azərbaycan yığması seçmə mərhələlərdə 5-dən artıq xal toplaya bilməmişdi.
Yeri gəlmişkən, bu ilin fevral ayında millimiz Ukraynanın “Metallist” (Xarkov) klubuyla da qarşılaşmış və 0:1 hesabıyla uduzmuşdu. Amma bu oyun rəsmi statistikada qeydə alınmır.
2010
12 oktyabr. AÇ. Bakı. Azərbaycan - Türkiyə - 1:0
17 noyabr. YO. Podqoritsa. Çernoqoriya - Azərbaycan - 2:0
2011
9 fevral. YO. Dubay. Azərbaycan - Macarıstan - 0:2
29 mart. AÇ. Brüssel. Belçika - Azərbaycan - 4:1
3 iyun. AÇ. Astana. Qazaxıstan - Azərbaycan - 2:1
7 iyun. AÇ. Bakı. Azərbaycan - Almaniya - 1:3
10 avqust. YO. Bakı. Azərbaycan - Makedoniya - 0:1
2 sentyabr. AÇ. Bakı. Azərbaycan - Belçika - 1:1
6 sentyabr. AÇ. Bakı. Azərbaycan - Qazaxıstan - 3:2
