7 sentyabr 2011 01:45
Bernard Lippert: Rəqib də bundan istifadə etdi
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Belçika – Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Bernhard Lippert matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, AFFA-nın rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Oyun bizim üçün çox gərgin keçdi. İlk dəqiqələrdə qapımızda qol gördük. Bununla belə, komandamız əzmkar futbol nümayiş etdirərək hesabı bərabərləşdirdi. Birinci hissənin sonlarında standart vəziyyətdən ikinci qolu vurduq. Qol hesaba alınmadı. Məncə, həmin epizodda oyundankənar vəziyyət yox idi. İkinci hissədə daha artıq risk etməyə başladıq. Çox irəli atıldıq. Nəticədə futbolçular çox güc sərf etdilər. Rəqib də bundan istifadə edib ardıcıl qollar vurdu”.
