7 sentyabr 2011 01:13
Rəvanın qapıçısı rəqibimiz üzərində qələbəyə sevindi
"Rəvan"ın qapıçısı Artur Kotenko AÇ-2012-nin seçmə mərhələsində böyükhesablı qələbəyə sevinib. Azerisport.az xəbər verir ki, onun forma geyindiyi Estoniya yığması seçmə mərhələsində Şimali İrlandiyanı qəbul edib.
Bu görüşdə Estoniya yığması 4:1 hesablı qələbə qazanıb. Lakin baş məşqçi Tarmo Ruutli “azərbaycanlı” futbolçuya şans verməyib.
Belə ki, Kotenko ehtiyatda qalıb. Estoniya yığmasının qapısını Sergey Pareyiko qoruyub. Əvəzində "Neftçi" və "İnter"də çıxış etmiş Dmitri Kruqlov, həmçinin "Neftçi"nin sabiq üzvü Taavi Rahın 90 dəqiqə meydanda olublar. Sonuncu həm də 36-cı dəqiqədə sarı vərəqə almaqla da “fərqlənib”.
Sonda onu da qeyd edək ki, Şimali İrlandiya DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqiblərindəndi.
